Latın Amerikası ölkələrində sel fəlakəti: 12 ölü

Latın Amerikası ölkələrində sel fəlakəti: 12 ölü
11:58 29 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, Nihad Budaqov, AZƏRTAC
Latın Amerikası ölkələri Argentina, Braziliya, Paraqvay və Uruqvayda sel fəlakəti 12 nəfərin həlak olmasına səbəb olub.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, “El Nino” adlandırılan təbiət hadisəsi nəticəsində indiyədək Paraqvayda 6, Braziliyada 4, Argentinada 2 isə nəfər sel fəlakətində həlak olub. Bu vaxtadək 160 mindən çox insan sel bölgələrindən xilas edilib.
Yerli medianın məlumatlarına görə, təbii fəlakətin ən çox təsir göstərdiyi Paraqvayda daşqınların meydana gəldiyi bölgələrdən 100 min nəfər evakuasiya edilib.
Paraqvay prezidenti Horasio Kartes təbii fəlakətin qarşısının alınması üçün 3,5 milyon dollar, Argentina federal hökuməti isə fəlakətdən sonra yenidən evlərin inşası və selin qarşısının alınması üçün infrastrukturun qurulması üçün 1,4 milyon dollar vəsait ayırıb.
Beynəlxalq ekoloji qeyri-hökumət təşkilatı “Greenpeace”dən edilən şərhdə fəlakətin səbəbi kimi güclü yağışlar və yağış suyu ilə qidalanan meşələri məhv edən meşəsizləşdirmə siyasəti göstərilib.
Dünya Meteorologiya Təşkilatı isə son 15 ilin ən güclü, son 50 ilin isə ən güclü üçüncü “El Nino” təbiət hadisəsindən birinin yaşandığını açıqlamışdı.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Latin_Amerikasi_olkelerinde_sel_felaketi_12_olu-915202

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR