Faiq Ağayev üçün özəl gün - FOTO

Faiq Ağayev üçün özəl gün - FOTO
12:12 29 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün xalq artisti Faiq Ağayevin ad günüdür. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni 1971-cı ildə Bakıda anadan olub. Peşəkar səhnəyə 1988-ci ildə gəlib. Həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olub. Bu müsabiqədən sonra "Qızıl Payız-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də qalib gələrək, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanıb.

1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına "Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" - Mogilyov - 96 Beynəlxalq müsabiqəsində də qalib gəlib.

1998-ci ildə Faiq Ağayev "İlin konserti" nominasiyasında, 1999-cu ildə isə "Dəşti" klipinə görə "İlin klipi" nominasiyasında "Humay" Milli Mükafatının sahibi olub.

Qeyd edək ki, F.Ağayev açıqlamasında özəl gününü ailəsi ilə birlikdə qeyd edəcəyini bildirib.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/393904.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR