Silvester Stallone Ayrton Sennanın və Məhəmməd Əlinin hədiyyələrini auksionda satıb

Silvester Stallone Ayrton Sennanın və Məhəmməd Əlinin hədiyyələrini auksionda satıb
12:18 29 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Məşhur Hollivud ulduzu Silvestr Stallone bir neçə əşyanı auksionda satıb. Satılan əşyalar arasında “Formula-1” üzrə üçqat dünya çempionu Ayrton Sennanın dəbilqəsi də var. A.Senna 1994-cü ildə Braziliya Qran-prisindən sonra dəbilqəni şəxsən S.Stalloneyə hədiyyə etmişdi.
AZƏRTAC xəbər verir ki, auksionda dəbilqəni Nyu-York sakini 43 min 750 dollara satın alıb. Üç gün davam edən auksion nəticəsində S.Stallone 3 milyon dollardan artıq qazanc əldə edib. A.Sennanın dəbilqəsindən əlavə, satılan əşyalar arasında Məhəmməd Əlinin əlcəkləri də olub. Əfsanəvi boksçunun əlcəklərinin satın alınması üçün 47 min 500 dollar ödənilib.
Ən yüksək qiymətə satılan əşya isə S.Stallonenin “Rokki” filmində geyindiyi dəri gödəkçə olub. Gödəkçə 149 min dollara satılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR