Unibankın keçirdiyi viktorinanın qalibləri məlum oldu

Unibankın keçirdiyi viktorinanın qalibləri məlum oldu
12:23 29 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Unibank Yeni il öncəsi Azərbaycan facebook istifadəçilərini sevindirib. Bankın rəsmi facebook səhifəsində facebook istifadəçiləri üçün keçirdiyi “Suallara cavab ver və iPhone 6 qazan!” adlı viktorinanın qalibləri açıqlanıb.

Bankdan Trend-ə verilən məlumata görə, Facebook istifadəçiləri tərəfindən çox yüksək maraqla qarşılanan viktorinaya 40 minə yaxın iştirakçı qoşularaq, sualları cavablandırıb. İştirakçıların maliyyə biliklərinin artırılmasına yönəldilən viktorinanın qalibləri, həm də möhtəşəm hədiyyələr qazanıblar.

Ən çox xal toplamış ilk 3 qalibin hədiyyələri bunlardır:

1-ci yer – iPhone 6s
2-ci yer - Planşet
3-cü yer- 100 AZN-lik hədiyyə kartı

Birinci yerin qalibinə artıq iPhone 6s təqdim olunub. Bilik yarışmasında fəal iştirak edib yüksək xallar qazanan sonrakı 20 yerin sahibləri də Unibank-dan maraqlı hədiyyələr qazanıblar.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və facebook səhifəsindən (www.facebook.com/unibank.az ) əldə etmək olar.
Unibank-hər kəsin bankı!

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2475328.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR