SOCAR: İtkin düşmüş neftçilərin ailə üzvləri axtarışlarda iştirak edirlər

SOCAR: İtkin düşmüş neftçilərin ailə üzvləri axtarışlarda iştirak edirlər
12:28 29 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Dekabrın 29-da Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) təbii fəlakət nəticəsində “Neft Daşları”ndakı 501 nömrəli və “Günəşli” yatağındakı 10 nömrəli özüllərdə baş vermiş qəzalar zamanı itkin düşən neftçilərin ailə üzvlərinin istəyini nəzərə alaraq onların da helikopterlər vasitəsilə axtarış işlərində iştirakını təmin edib. İtkin düşənlərin ailə üzvləri 3 helikopterdə axtarış briqadası ilə birlikdə Xəzərin Azərbaycan sektorunda aparılan bu işlərə cəlb olunub. Helikopterlər artıq qəza rayonuna çatıb, ərazidə axtarış işlərinə qoşulublar.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SOCAR_Itkin_dusmus_neftchilerin_aile_uzvleri_axtarislarda_istirak_edirler-915218

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR