“Unibank” viktorina qaliblərinə hədiyyələr təqdim edib

“Unibank” viktorina qaliblərinə hədiyyələr təqdim edib
12:28 29 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
“Unibank”ın rəsmi facebook səhifəsində facebook istifadəçiləri üçün keçirdiyi “Suallara cavab ver və iPhone 6 qazan!” adlı viktorinanın qalibləri açıqlanıb.
Bankdan AZƏRTAC-a bildirilib ki, facebook istifadəçiləri tərəfindən çox yüksək maraqla qarşılanan viktorinaya 40 minə yaxın iştirakçı qoşularaq, sualları cavablandırıb. İştirakçıların maliyyə biliklərinin artırılmasına yönəldilən viktorinanın qalibləri, həm də möhtəşəm hədiyyələr qazanıblar.
Ən çox xal toplamış ilk 3 qalib iPhone 6s, planşet, 100 AZN-lik hədiyyə kartı qazanıblar.
Birinci yerin qalibinə artıq iPhone 6s təqdim olunub. Bilik yarışmasında fəal iştirak edib yüksək xallar qazanan sonrakı 20 yerin sahibləri də “Unibank”dan maraqlı hədiyyələr qazanıblar.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Unibank_viktorina_qaliblerine_hediyyeler_teqdim_edib-915217

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR