Bayram günündə Bakı metrosunda yenilik

Bayram günündə Bakı metrosunda  yenilik
12:41 29 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı Metropoliteni dekabrın 31-də gecə saat 01:00-dək işləyəcək.

Axşam.az "Report"a istinadən xəbər verir ki, bunu  "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, bayram günlərində Metropoliten gücləndirilmiş iş rejimində işləyəcək.

"Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Metropoliten saat 01:00-dək, ehtiyac yaranarsa, daha da artıq işləyəcək. Çünki adətən, Milli Parkda keçirilən atəşfəşanlığı izləyənlərin sayı çox olur və sərnişinlər əsasən metrodan istifadəyə üstünlük verirlər", - deyə N.Paşayev əlavə edib.

Qeyd edək ki, adi günlərdə Bakı metrosu saat 06:00-dan 00:00-dək işləyir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR