Milli Məclisdə devalvasiya müzakirələri başladı

Milli Məclisdə devalvasiya müzakirələri başladı
12:42 29 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin bu gün keçirilən iclasında manatın devalvasiyası barədə müzakirələr başlayıb.

Trend-in məlumatına görə, millət vəkilləri müxtəlif təkliflər səsləndiriblər.

Millət vəkili Vahid Əhmədov hökuməti bu məsələ ilə bağlı ciddi tədbirlər görməyə çağırıb: "Biz hökumətin müəyyən üzvləri, Mərkəzi Bankla müzakirələr aparmışıq. Təklifimiz odur ki, əhalinin 10 min dollara qədər kreditləri köhnə məzənnə ilə hesablansın. Xahiş edirəm ki, hökumət Mərkəzi Banka bu istiqamətdə kömək etsin. İkincisi isə, əhalinin əmanətlərinin sığortalanması ilə bağlıdır. Əmanətlərə 3 illik moratorium qoyulsun. Üçüncü təklifim bankların birləşməsi ilə bağlıdır. Gedən proseslər onu göstərir ki, manatın devalvasiyasından sonra problemlər yarana bilər. Bunun üçün hökumət gecə-gündüz işləməlidir. Azərbaycan belə hadisələr çox görüb və mən əhalini təmkinli omağa çağırıram".

Spiker Oqtay Əsədov isə cavabında deyib ki, bu istiqamətdə prezident İlham Əliyevin hökumətə ciddi tapşırıqları var: "Hazırda tədbirlər planı hazırlanır. Yaxın bir ay ərzində əhalimiz bunu hiss edəcək".

Milli Məclisin deputatı Zahid Oruc isə lazımsız dövlət komitə və agentliklərinin ləğv olunmasını təklif edib. O qeyd edib ki, hökumət bir sıra komitələrin və agentliklərin fəaliyyətinə yenidən baxmalıdır və lazımsız olanları ləğv etməlidir: "Bu, artıq məmur yüküdür".

Z.Oruc bildirib ki, manata təzyiqin qarşısını almaq üçün inhisarçılığa son qoyulmalı və şəfafflıq daha da artırılmalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/393965.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR