​Şəki Penitensiar Müəssisəsindən 12 nəfər azadlığa buraxılıb

​Şəki Penitensiar Müəssisəsindən 12 nəfər azadlığa buraxılıb
12:42 29 Dekabr 2015
28 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsindən 12 nəfər azadlığa buraxılıb. “Report”un məlumatına görə, azadlığa buraxılanlar arasında Şəki, Mingəçevir, Ağdam, Oğuz, Ağsu, Balakən və Yevlax rayonlarının sakinləri olub. Buraxılış vərəqələrini alaraq azadlığa çıxanlar çox sevincli olduqlarını söyləyiblər, bayram öncəsi bu sevinci onlara yaşatdığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam 210 nəfərə şamil edilib.












Xəbərin orijinal ünvanı: http://report.az/hadise/seki-penitensiar-muessisesinden-12-nefer-azadliga-buraxilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR