Ceyhun Elçin Cəfərovun mahnısını oxudu - video

Ceyhun Elçin Cəfərovun mahnısını oxudu -  video
12:46 29 Dekabr 2015
26 Şou
Ölkə mətbuatı
A- A+

"Qala" qrupunun rəhbəri, müğənni-bəstəkar Ceyhun Əliyev müğənni Elçin Cəfərovun "Sevir, sevmir" mahnısını repertuarına daxil edib.

Axşam.az xəbər verir ki, mahnını "Hər şey daxil" verlişində səsləndirən Ceyhun aparıcıların suallarını cavablandırıb:

"Mahnını ifa etməzdən öncə Elçindən halallıq istədim. Son zamanlar bəstə alan yoxdur. Çünki hamı özü mahnı yazır və təəssüf ki, heç kimin mahnısı tutmur. Müğənnilər müsahibələrində özləri də bunu dəfələrlə etiraf ediblər. Çünki hamı mahnı yazmaq həvəsinə düşüb, peşəkar insanlar kənarda qalıb. Balaca uşaqlar, bir not bilənlər mahnı yazır. 2016-cı ildə başı daşa dəyən sənətçilər mahnını böyük bəstəkarlardan - Aygün Səmədzadədən, Faiq Sücəddinov kimi peşəkarlardan almaq lazım olduğunu biləcəklər".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43359

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR