Ali məktəblərdə təhsil haqları artırılacaq?

Ali məktəblərdə təhsil haqları artırılacaq?
12:47 29 Dekabr 2015
63 Digər
Ölkə mətbuatı
A- A+

Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar hazırda ali məktəblərdə təhsil alan tələbələr üçün təhsil haqlarının artırılması məsələsi gündəmdə deyil.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

Onun sözlərinə görə, təhsil haqlarının müəyyənləşdirilməsi ali məktəblərin səlahiyyətinə daxildir: "Bu il də daxil olmaqla, bu ilə qədər qəbul olunmuş tələbələrin təhsil haqları hazırkı həddə saxlanılacaq. Yeni tədris ilində təhsil haqlarının artması ya azalması məsələsinə gələn il mart ayında qəbul planı hazırlanarkən ali məktəblərin təklifləri nəzərə alınmaqla baxılacaq və bu məsələ analiz olunacaq".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR