İnternetdə azərbaycandilli resursların artırılmasına ehtiyac var

İnternetdə azərbaycandilli resursların artırılmasına ehtiyac var
12:51 29 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

İnternetdə azərbaycandilli resursların sayının artırılmasına ehtiyac var.
 
Bu sahədə tədqiqatlar aparan AMEA İnformasiya Texnologiyaları İnstitutundan “ICTnews” Elektron Xəbər Xidmətinə bildirilib ki, Azərbaycan dilinin qloballaşma şəraitində istifadəsi sahələrinin genişləndirilməsi müvafiq dövlət siyasətinin prioritetlərindən biridir:
 
 
İnstitutdan  verilən məlumata görə, azərbaycandilli veb-saytların sayının ölkə əhalisinin sayına nisbəti inkişaf etmiş ölkələrin uyğun göstəricilərindən xeyli geri qalır.
 
“Xüsusilə qeyd etmək lazımdır ki, təhsil və müxtəlif sahələr üzrə maarifləndirici resursların xüsusi çəkisi xeyli aşağıdır - əyləncə xarakterli resurslarla müqayisədə böyük disbalans mövcuddur. Bunun obyektiv və subyektiv səbəbləri var. Eyni zamanda, İnternet resurslarının mövzular və istifadəçilərin müxtəlif demoqrafik qrupları üzrə paylanmasını daha ciddi şəkildə analiz etmək zəruridir” - deyə institutdan qeyd edilib.
 
 
Bu vəziyyətin yol açdığı problemlərə gəlincə, bildirilib ki, öz ana dilində axtardığı resursları tapmayan ölkə vətəndaşları xarici veb-saytlara üz tutmalı olurlar:
 
“Xarici dil bilməyənlər isə vəziyyətlə barışmalı olur. Bu, informasiyanın başa düşülməsini və ötürülməsini çətinləşdirir. Çünki, insan öz ana dilində informasiyanı daha yaxşı qəbul edir”.
 
 
Həqiqət İSABALAYEVA


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40562-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR