Siyavuş Novruzov: "Bütün problemləri Mərkəzi Bank həll etməlidir"

Siyavuş Novruzov: "Bütün problemləri Mərkəzi Bank həll etməlidir"
13:02 29 Dekabr 2015
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 dekabr. REPORT.AZ/ “Azərbaycan neft gəlirlərindən ən gözəl istifadə edən ölkədir. Ona görə də heç bir israfçılığa yol verməmişik”. “Report” xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında manatın devalvasiyası ilə bağlı müzakirələrdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Mərkəzi Bank manatın məzənnəsinin sabit saxlanıması üçün davamlı olaraq 2 milyard vəsait xərcləyib: “Bunu etməkdənsə həmin vəsaiti vətəndaşların problemlərinin həll edilməsinə xərcləyərdilər. Yəni, bütün problemləri Mərkəzi Bank həll etməlidir. Çünki bank öz potensialından kifayət qədər istifadə edə bilər. Eyni zamanda, əldə etdikləri gəlirləri ortaya qoyub bu problemi həll edə bilərlər”.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/siyavus-novruzov-butun-problemleri-merkezi-bank-hell-etmelidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR