ADİU gənc bankirlərini seçib

ADİU gənc bankirlərini seçib
13:08 29 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC 
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin təşkil etdiyi “Gənc bankir məktəbi” layihəsinin final mərhələsi keçirilib.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, iki aydan çox davam edən layihədə iştirakçı tələbələrə bank sisteminin müxtəlif istiqamətləri üzrə təlimlər keçirilib. İştirakçılar komandalara bölünərək onlara təqdim olunan ölkələrin bank sistemlərini tədqiq edib, final uğrunda mübarizə aparıblar. Finala vəsiqə qazanan altı komanda hazırladıqları elmi-tədqiqat işlərini münsiflər heyətinə təqdim ediblər.
Gərgin keçən mübarizənin sonunda münsiflər heyətinin qərarı ilə “İnvictum” komandası layihənin qalibi olub. Qalib komandanın üzvləri layihənin tərəfdaşı olan “Amrahbank”da təcrübə proqramında iştirak edəcək.
Sonda bütün layihə iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Gənc bankir məktəbi” layihəsi “Amrahbank”ın tərəfdaşlığı və “Reduco” Təhsil Mərkəzinin sponsorluğu ilə keçirilib.
 



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ADIU_genc_bankirlerini_sechib-915234

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR