Günəşli" yatağının 10-cu özülündəki yanğının son görüntüləri

Günəşli" yatağının 10-cu özülündəki yanğının son görüntüləri
13:12 29 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə dekabrın 4-də baş vermiş qəza nəticəsində yaranan yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
"Report" xəbər verir ki, yanğının söndürülməsinə 2 gəmi cəlb olunub.
Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. 



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR