​Azərbaycan Mərkəzi Bankı bu gün banklara dollar satışını artırıb

13:12 29 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report"un verdiyi xəbərə görə, bu gün keçirilən hərracda AMB kommersiya banklarının sifariş və qiymət təklifləri əsasında 100 mln. ABŞ dolları həcmində valyuta kütləsi satıb. Nəticədə AMB kommersiya banklarının dollara olan cari tələbatının 50%-ni (dekabrın 28-də - 46%) ödəyib.
"Bu məbləğin isə qısa zaman ərzində müştərilərə satılacağı və artıq axşam saatlarında valyutadəyişmə məntəqələrində satışın azalacağı gözlənilir", - deyə "Report"un analitikləri qeyd ediblər.
Xatırladaq ki, hazırda əksər banklarda nağd dolların satışı 1,65-1,70 AZN/USD məzənnəsilə aparılır, satışın həcmi isə 500-1000 dollarlıq məbləğlə məhdudlaşdırılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR