“Expressbank” müsabiqə qaliblərini mükafatlandırıb

“Expressbank” müsabiqə qaliblərini mükafatlandırıb
13:13 29 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
“Expressbank” facebook sosial şəbəkə istifadəçiləri arasında “SmileCard-la qış fürsəti” adlı müsabiqə keçirib.
Bankdan AZƏRTAC-a bildirilib ki, müsabiqə ərzində ən çox həcmdə nağdsız ödəniş edən 300 manat, ən çox sayda nağdsız ödəniş edən 200 manat, müsabiqənin ilk nağdsız ödəniş edən müştərisi isə 100 manat qazanıb. Qeyd edək ki, minimal ödəniş 10 manat olmalı idi və internet vasitəsilə həyata keçirilən onlayn ödəmələr müsabiqədə iştirak etmirdi.
Ətraflı məlumatı 132 məlumat mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Expressbank_musabiqe_qaliblerini_mukafatlandirib-915236

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR