Azərbaycanda oğrular yaxalanıb

Azərbaycanda oğrular yaxalanıb
13:19 29 Dekabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Ölkədə oğurluq hadisələri baş verib.

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Füzuli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 26-da İntiqam Məmmədova məxsus mağazadan pul, tütün məmulatı və ərzaq məhsulları oğurlamış Zobucuq qəsəbə sakini Asəf Vəliyev saxlanılıb.

Digər bir oğurluq hadisəsi paytaxtın Xəzər rayonunda baş verib. Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 26-da Elxan Əliyevin evindən 700 manat və 2 ədəd ov tüfəngi oğurlamış Bakı şəhər sakinləri Elçin Musayev və Fuad Hüseynov tutulub, digər şəxs isə müəyyən edilib.

Bənzər hadisə Binəqədi rayonunda baş verib.   Dekabrın 27-də qəsəbədə yaşayan Yeganə Məmmədovanın evindən oğurluğa cəhd göstərmiş həmyerlisi Rasim Şükürov qonşular tərəfindən saxlanılaraq polisə təslim edilib.

Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 28-də Samirə Səmədovanın evindən 700 manat oğurlamış Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Rəsul Həsənov tutulub, digər şəxs isə müəyyən edilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226973

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR