“31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür” adlı kitab sərgisi açılıb

“31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür” adlı kitab sərgisi açılıb
13:23 29 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Milli Kitabxanada Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “31dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür” adlı sərgi neft kimyasının bünövrəsini qoyan kimyaçı-alim, ictimai və siyasi xadim, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin anadan olmasının 110 illiyinə həsr olunub.
Sərgidə alimin əsərləri, haqqında yazılan kitablar, qəzet və jurnal materialları təqdim olunur.
Bundan başqa, kitabxanada müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı Yusif Səmədoğlunun anadan olmasının 80 illiyi münasibətilə “Yusif Səmədoğlu-80” kitab sərgisi də açılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR