Azərbaycanlı gənc Rumıniya və Latviyanın eks-prezidenti ilə görüşdü

Azərbaycanlı gənc Rumıniya və Latviyanın eks-prezidenti ilə görüşdü
13:43 29 Dekabr 2015
15 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Prezident təqaüdçüsü” Gənclər Birliyinin rəhbəri Təbriz Raufoğlu 9-14 dekabr tarixlərində Almaniyanın Berlin şəhərində “Beynəlxalq Mədəni Diplomatiya” konfransında iştirak edib.

Təbriz Raufoğlu Trendə- açıqlamasında qeyd edib ki, Konfrans çərçivəsində sülhün və təhlükəsziliyin qorunmasında mədəni diplomatiyanın rolu daxil olmaqla bir sıra panel müzakirələrdə iştirak edib: “Müzakirələr zamanı BMT TŞ-nın, beynəlxalq məhkəmələrin dünyanın müxtəlif regionlarda cərəyan edən konfliktlərə fərqli rakurslardan diqqət ayırmasını, ikili standart prinsipləri ilə yanaşmasını konfransda iştirak edən nümayəndələrin diqqətinə çatdırdıq.

T.Raufoğlu vurğulayıb ki, Rumıniyanın eks-prezidenti Emil Constantinescu, Latviyanın keçmiş dövlət başçısı Valdis Zatlerin, İsrail Knesseti, İtaliya Senatı üzvlərinin iştirak etdiyi tədbirdə “Dağlıq Qarabağ” münaqişəsi ilə bağlı fikirlərimizi ifadə etdik və diqqəti bu münaqişənin həlli məqsədi ilə qəbul olunmuş beynəlxalq hüquqi aktların icra edilməməsinə çəkdik.

O əlavə edib ki, toplantı çərçivəsində Rumıniyanın eks-prezidenti Emil Constantinescu, Latviyanın keçmiş dövlət başçısı Valdis Zatler, Türkiyənin keçmiş Xarici İşlər naziri Yaşar Yakış, Maltanın sabiq hökumət başçısı Lavrensi Gonzi, Italiya senatının vitse-prezidenti Linda Lanzillotta və Avropa İnsan Haqqları Məhkəməsinin Serbiyadan olan hakimi Dragoljub Popoviçlə görüşərək gənclər sferası ilə əlaqədar fikir mübadiləsi aparıb.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR