"BakuBus" əlavə marşrutlar açır

"BakuBus" əlavə marşrutlar açır
13:52 29 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Gələn il "BakuBus" şirkətinin avtobusları 6 yeni marşrut üzrə də hərəkət edəcək. Milli.Az-ın məlumatına görə, bunu "BakuBus"ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova şirkətin saytının təqdimatı zamanı deyib.

O bildirib ki, şirkətin planlarına "BakuBus"ın avtobus marşrutları ilə bütün paytaxtı əhatə etmək daxildir: "Əvvəlcə 14 marşrutu işə salmağı planlaşdırırıq. Onlardan səkkizi artıq şəhərdə işləyir və əsasən mərkəzi əhatə edir. Gələn il digər 6 marşrutu işə salmağı planlaşdırırıq".

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/393987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR