Məşhur ulduz metroda: "Bəli xala. O, mənəm!" (FOTO)

Məşhur ulduz metroda: "Bəli xala. O, mənəm!"  (FOTO)
14:01 29 Dekabr 2015
90 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə yığmasının məşhur futbolçusu Arda Turan İstanbulda metroda görünüb.

ANS PRESS-in məlumatına görə, “Barselona” klubunun ulduz futbolçusu Arda nəqliyyatdakı tıxaclardan bezərək metroya üz tutub.

Sərnişinlər futbolçunu görərək çox təəcübləniblər. 68 yaşında Cihan Sarıkaya adlı qadın Ardaya yaxınlaşaraq “oğlum, sən o ulduz futbolçu deyilsən?”, deyə sual verib. Arda isə “Bəli xala, mən Ardayam” deyərək cavab verib.

Qadın və futbolçu metro da selfi də ediblər.


Arda Turan və Cihan Sarıkaya

Türkiyə Yığmasının kapitanı 2011-ci ildə 13 milyon avro müqabilində "Qalatasaray"dan "Atletiko Madrid"ə transfer olunan Arda Madrid təmsilçisində keçirdiyi 127 oyunda 13 qol vurub. Bu yay isə "Barselona" "Atletiko"nun yarımmüdafiəçisi Arda Turanın transferini rəsmiləşdirib.


Arda Turan "Barselona"da

Katalonlar bu transfer üçün "Atletiko"ya 34 milyon avro ödəyib. Lakin "Barselona" gələn mövsüm La Liqanın qalibi olarsa və Çempionlar Liqasında ən azı 1/4 finala qədər irəliləyərsə, o zaman Kataloniya təmsilçisi Arda üçün daha 7 milyon avro ödəməli olacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368409

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR