Məsciddə sevgililəri cəzalandırdılar - FOTO

Məsciddə sevgililəri cəzalandırdılar - FOTO
14:05 29 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

İndoneziyada iki gənc evlilik öncəsi cinsi əlaqədə olduqları üçün qırmanclanıb.

Milli.Az bizimyol.info-ya istinadən xəbər verir ki, İndoneziyanın şəriət qaydaları ilə idarə edilən tək vilayəti olan Açenin "Banda Açe" şəhərində cinsi əlaqədə olduqları üçün 23 yaşlı Vahyudi Saputra və 20 yaşlı Nur Elita adlı gənclərə qırmanc cəzası verilib. Gənclərə hind qamışından hazırlanan zopalarla  vurulub. 

"Baiturrahim" məscidində keçirilən qamçı cəzasından sonra Nur Elita təcili tibbi yardımla xəstəxanaya aparılıb. 

Qeyd edək ki, "günahkarlar" qırmanclanmaq üçün səhnəyə gətirilərkən, mərasimi izləyənlər alqışlarla bu qərara dəstək verdiklərini bildiriblər. Banda Açe şəhərinin bələdiyyə başçısı isə verilən bu cəzalardan hər kəsin dərs almasının vacib olduğunu bildirib. Sevgililər qırmanclandıqdan sonra daha 4 nəfərə qumar oynadıqları üçün cəza verilib.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/393903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR