BDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib (FOTO)

BDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib (FOTO)
14:33 29 Dekabr 2015
7 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün Bakı Dövlət Universitetində (BDU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbiri açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən bəhs edib. Qeyd edib ki, 31 dekabr tarixi ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır: "Bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə, o cümlədən təhsil və elm sahəsində inkişaf edir, uğurlara imza atır. Azərbaycanın qazandığı müvəffəqiyyətlər, qüdrətli bir dövlətə çevrilməsi isə hər birimizi sevindirir. Odur ki, bundan sonra da hamımız həmrəy olmalı, dövlətimiz və dövlətçiliyimizin inkişafı naminə daha da əzmlə çalışmalıyıq".

Bu tarixin qeyd edilməsinin bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrildiyini deyən rektor A.Məhərrəmov bayramlar münasibətilə bütün xalqımızı, müəllim və tələbələri təbrik edib, onlara qarşıdan gələn Yeni ildə uğurlar arzulayıb.

Daha sonra Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev və Tarix fakültəsinin dosenti Nuru Məmmədovun çıxışları dinlənilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2475422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR