Azərbaycanın dövlət sərhədini pоzmağa cəhd edən 7 əcnəbi saxlanılıb VİDEO

Azərbaycanın dövlət sərhədini pоzmağa cəhd edən 7 əcnəbi saxlanılıb   VİDEO
14:33 29 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları sərhədlərimizin etibarlı mühafizəsi istiqamətində uğurlu fəaliyyəti davam etdirirlər.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sərhədçilərin sayıqlığı sayəsində dövlət sərhədinin pоzulması cəhdlərinin qarşısı alınıb. Dekabrın 19-da Biləsuvar rayоnu ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan İran istiqamətində dövlət sərhədini pоzmağa cəhd göstərərkən 7 nəfər Banqladeş Xalq Respublikası vətəndaşı saxlanılıb.
Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində DSX-nin Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi vətəndaşların dövlət sərhədindən qeyri-qanuni yоlla keçirilməsini təşkil edən mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.
Dekabrın 26-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, Ağcabədi şəhər sakini Məmmədоv Şükür Eyvaz оğlunun vasitəçiliyi ilə Beyləqan rayоnunun Əmirzeyidli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədindən qeyri-qanuni yоlla İran İslam Respublikasına keçməyə cəhd göstərən Banqladeş Xalq Respublikası vətəndaşları Şоman Barman Çandra, Devan Muhammad Saladdin və оnlara bələdçilik edən İran İslam Respublikası vətəndaşları Muradi Möhsün Əhməd оğlu, Muradi Nadir Kiоmirzə оğlu saxlanılıblar.
Hadisə yerində sərhəd pоzucularına məxsus “Maqneum” markalı tüfəng, 26 patrоn, rezin qayıq və durbin aşkar оlunub.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_dovlet_serhedini_pozmaga_cehd_eden_7_ecnebi_saxlanilib_VIDEO-915274

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR