BDU-nun ilk rektorunun nəvəsindən prezidentə TƏBRİK

BDU-nun ilk rektorunun nəvəsindən prezidentə TƏBRİK
14:49 29 Dekabr 2015
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Dövlət Universitetinin ilk rektoru Vasili Razumovskinin nəvəsi, Uruqvaydakı Karamzinlər Evinin nümayəndəsi Fyodor Boqorodski prezident İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, F.Boqorodskinin təbrik məktubunda deyilir:

 

“Hörmətli cənab Prezident,

 

Karamzinlər Evinin və Bakı Dövlət Universitetinin banisi - ilk rektoru, cərrah Razumovskinin ailəsi adından Sizə dərin ehtiramımı bildirir və doğum gününüzü təbrik edirəm.

 

Mənim ailəmlə Azərbaycan arasında ilk münasibətlər Sizin atanız, böyük siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır.

 

Bakı Dövlət Universitetinin, Sizin ailənin və dünya təbabətində kəşflər etmiş cərrah Razumovskinin adı Uruqvay Dövlət Universitetinin yerləşdiyi Montevideo şəhərində məşhurdur.

 

Mən də öz növbəmdə, Uruqvayın vətəndaşı olaraq Azərbaycanın mənafelərinə xidmət etməyə hazıram. Cənubi Amerika ölkələrinə və Uruqvaya yolunuz düşsə Sizi, ailənizin üzvlərini Montevideoda, şəhərin mərkəzi hissəsində yerləşən Karamzinlər Evinə dəvət etmək mənim və ailəm üçün böyük şərəf olar”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226992

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR