"Xəzər Lənkəran" Kamranla bağlı qərarını verdi

"Xəzər Lənkəran" Kamranla bağlı qərarını verdi
14:57 29 Dekabr 2015
83 İdman
Ölkə mətbuatı
A- A+

"Xəzər Lənkəran" Kamran Abdullazadə ilə bağlı qərarını verib. Fanat.az-ın əldə etdiyi məlumata görə, cənub klubu 20 yaşlı yarımmüdafiəçini heyətində saxlacaq.


Klubla müqaviləsi davam edən Kamran Premyer Liqanın digər təmsilçilərindən təklif alıb. Lakin "Xəzər Lənkəran" onu buraxmaq niyyətində deyil.


Qapıçı Orxan Sadıqlının məsələsi isə açıq qalıb. Müqaviləsi başa çatan qolkiper hələ harda oynayacağını müəyyənləşdirməyib.


Qeyd edək ki, Orxan cari mövsümdə Premyer Liqada 18, Kamran 16 (2 qol) oyun keçirib.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotxzr-lnkranquot-kamranla-bal-qrarn-verdi-t46500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR