Həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə birdəfəlik maddi yardımların verilməsi başa çatıb

Həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə birdəfəlik maddi yardımların verilməsi başa çatıb
15:08 29 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, Nihad Budaqov, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə birdəfəlik maddi yardımların verilməsini başa çatdırıb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə, dekabrın 4-də təbii fəlakət nəticəsində baş vermiş qəzalar zamanı həlak olan və itkin düşən SOCAR əməkdaşlarının hər birinin ailəsinə 15 000 (on beş min) manat məbləğində birdəfəlik maddi yardımların ödənilməsi dekabrın 29-da başa çatıb.
Maliyyə Nazirliyinin köçürdüyü vəsait, eləcə də həmin gün “Neft Daşları”ndakı 501 nömrəli özüldə baş vermiş qəzada itkin düşən üç nəfər neftçinin ailəsinə SOCAR tərəfindən ayrılmış 15 min manat məbləğindəki birdəfəlik maddi yardımlar şirkətin “Azneft” İstehsalat Birliyi, “Neftqaztikinti” Tresti, Kompleks Qazma İşləri Tresti, Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsi, Nəqliyyat İdarəsi, həmçinin digər idarə və müəssisələrindən olan neftçilərin ailə üzvlərinə təqdim olunub.
Xəbər verildiyi kimi, dövlət tərəfindən ayrılmış 15 min manat məbləğində maddi yardımlardan əlavə, SOCAR da qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin hər birinin ailəsinə 5000 (beş min) manat məbləğində birdəfəlik maddi yardım ödənilməsinə başlayıb. Bu yardımların bu ilin sonuna qədər təqdim olunması planlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Helak_olmus_ve_itkin_dusmus_neftchilerin_ailelerine_birdefelik_maddi_yardimlarin_verilmesi_basa_chatib-915289

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR