Prezervativ satan aparat partladı: ölən var

Prezervativ satan aparat partladı: ölən var
15:14 29 Dekabr 2015
129 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın Şopinqen şəhərində maraqlı hadisə baş verib. Lent.az-ın ouest-France saytına istinadən xəbərinə görə, 29 yaşlı alman bayram günü prezervativ satan avtomatın partlaması nəticəsində həyatını itirib.

İstintaq məlumatına görə, 3 nəfər  prezervativ satan avtomatı partladaraq ordakı pulları götürmək istəyib. Lakin əldəqayırma qurğu vaxtından tez partlayaraq biri ağır olmaqla 3 nəfəri yaralayıb. Cinayət ortaqları ağır yaralı şəxsi xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Bildirilir ki, partlayış zamanı qurğu çox sayda iti metal hissələrə bölünüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR