Antalyada Azərbaycan derbisi baş tutmayacaq

Antalyada Azərbaycan derbisi baş tutmayacaq
15:17 29 Dekabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

Antalyaya təlim-məşq toplanışına yollanacaq "Qarabağ"ın yoxlama oyunlarından birini "Traktorsazi"yə qarşı keçirəcəyi barədə xəbər vermişdik.


Fanat.az-ın əldə etdiyi məlumata görə, böyük ehtimalla oyun baş tutmayacaq. Buna səbəb sənədləşmə işlərində yaranan problem olub. Belə ki, qarşılaşmanın keçirilməsi ilə bağlı tərəflər arasında müqavilə imzalanmalı olsa da, Cənubi Azərbaycan təmsilçisi sənədləri vaxtında təqdim etməyib.


Qeyd edək ki, "Qarabağ" - "Traktorsazi" oyunu yanvarın 16-da baş tutmalı idi. Azərbaycan çempionu yanvarın 20-də "Diosqyori" (Macarıstan), 23-də isə "Admira Vakker" (Avstriya) və "Yaqelloniya" (Polşa) ilə qarşılaşacaq.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-antalyada-azrbaycan-derbisi-ba-tutmayacaq-t46501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR