Bərdədə yol qəzasında 1 nəfər ölüb, biri azyaşlı olmaqla 4 nəfər yaralanıb

Bərdədə yol qəzasında 1 nəfər ölüb, biri azyaşlı olmaqla 4 nəfər yaralanıb
15:17 29 Dekabr 2015
76 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 29 dekabr. REPORT.AZ/ Bərdədə rayonunda minik avtomobili ilə yük maşını toqquşub. "Report"un məlumatına görə, hadisə Yevlax-Ağcabədi yolunun 35 –ci kilometrliyində, rayonunun Hacalı kənd ərazisində baş verib.
Belə ki, Samir Bayramov idarə etdiyi VAZ 2106 markalı avtomobillə Qarşı tərəfdən gələn Hüseyn Cəfərovun idarə etdiyi Qazel markaklı yük maşını ilə toqquşub. Zərbənin təsirindən hər iki avtomobil yolun kənarına çıxıb. Nəticədə minik avtomobilinin sürücüsü ölüb, daha 3 nəfər isə ağır yaralanıb.Yaralılarn Bərdə  Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan "Report"a bildiorilib ki, sürücü 34 yaşlı Samir Bayramovun həyatını xilas etmək mümkün olmayıb: "Digər yaralılar Sevinc Quluyeva, Rauf Quluyev həmçinin 13 yaşlı Uğurbəyli Cəfərov xəstəxananın Reanimasiya Şöbəsinə yerləşdirilib. Hər üç yaralının vəziyyəti ağırdı". 
Qazel markalı yük avtomobilinin sürücüsü Ağcabədi Rayon Mərkəzi Xəstəxanasıan yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/berdede-yol-qezasinda-1-nefer-olub-biri-azyasli-olmaqla-4-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR