İran növbəti iki ilin büdcəsi üçün neftin bir barelini 40 dollardan hesablayıb

İran növbəti iki ilin büdcəsi üçün neftin bir barelini 40 dollardan hesablayıb
15:17 29 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 29 dekabr. REPORT.AZ/ İran 2016-2017-ci illər üçün dövlət büdcəsini neftin bir barelinin 40 dollara olması şəklində hazırlayır. "Report" IRNA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin neft naziri Bijən Namdar Zəngənə məlumat verib.
Onun sözlərinə görə, növbəti il üçün xam neftin qiyməti neft bazarındakı dəyişiklikdən asılı olacaq. Zəngənə neftin qiymətinin daha da aşağı düşməsi ehtimalı barədə suala cavabında qeyd edib ki, əvvəlcədən pis ssenari fikirləşmək lazım deyil.
"Bazar tərəddüdlərə meyilli olsa da, büdcədə neftin qiymətinin nəzərə alınmasından əvvəl lazımi işlər görülüb, təhlillər aparılıb", - deyə B.N.Zəngənə bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/i-ran-novbeti-iki-ilin-budcesi-ucun-neftin-bir-barelini-40-dollardan-hesablayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR