Nyu-Yorkda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Nyu-Yorkda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib
15:18 29 Dekabr 2015
8 Digər
Ölkə mətbuatı
A- A+


Vaşinqton, 29 dekabr, AZƏRTAC
Nyu-Yorkda Dünya Azərbaycanlılarını Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bayram gecəsi keçirilib. Nyu-York Azərbaycanlıları Assosiasiyasının təşkil etdiyi gecədə Assosiasiyanın başçısı Ercan Yerdələnli, vitse-prezidenti Zəminə Mirhadıyeva çıxış ediblər. Onlar qonaqları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn yeni il münasibətilə təbrik ediblər. Təntənəli tədbirdə Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbriki oxunub.
Bayram gecəsində Nyu-Yorkun və ABŞ-ın digər ştatlarının Azərbaycan icmasının nümayəndələri iştirak ediblər. Gecə Azərbaycan musiqisi və rəqsləri ilə davam edib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nyu_Yorkda_Dunya_Azerbaycanlilarinin_Hemreylik_Gunu_qeyd_edilib-915294

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR