Boris Nemtsovun qətlinin sifarişçisi məlum olub

Boris Nemtsovun qətlinin sifarişçisi məlum olub
15:26 29 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın müxalif yönümlü siyasətçisi Boris Nemtsovun qətlinin sifarişçisinin adı dəqiqləşib.

ANS PRESS-in Kommersant.ru-ya istinadən məlumatına görə, Rusiya İstintaq Komitəsinin müstəntiqləri onun “Şimal” batalyonunun keçmiş zabiti Ruslan Muxudinov olduğunu üzə çıxarıb. O əvvəlcə qətlin yalnız təşkilatçısı olduğunu bildirmişdi.

“2015-ci ildən beynəlxalq axtarışa verilən və qətlin sifarişçisi, eləcə də təşkilatçısı Ruslan Muxudinova, həmçinin bu qətldə günahkar digər naməlum şəxslərə qarşı cinayət işi xüsusi icraatda davam etdiriləcək”- deyə İstintaq komitəsinin məlumatında bildirilir.

Hüquq mühafizə orqanlarının məlumatına görə, Muxudinov Rusiyadan saxta kimliklə qaçıb və hazırda o Birləşmiş Ərəb Əmirliyindədir.

İstintaq iddia edir ki, onun cinayətdə iştirakı ekspertizanın nəticələri və şahidlərin ifadəsinə əsasən təsdiqlənib.

Axtarışda olan zabiti müdafiə tərəfi isə bildirib ki, Muxudinovun soyadı saxlanılanların heç biri tərəfindən hallanmır.

Boris Nemtsovun qətli ilə bağlı işi aparan vəkil Vadim Proxorov da qətlin sifrişçisinin Ruslan Muxudinov olması versiyasını tənqid edib. “O, aşağı səviyyədə təşkilatçı ola bilər, amma sifarişçilər yüksək təbəqənin adamlarıdır” deyə vəkil vurğulayıb.

Boris Nemtsovun qətli ilə bağlı bu günədək 5 nəfər saxlanılıb: Zaur Dadayev, Həmzət Baxayev, Tamerlan Əsgərxanov, Anzor və Şadid Qubaşev qardaşları.

Rusiya İstintaq Komitəsi müxalif siyasətçinin qətlinin onun siyasi fəaliyyəti ilə əlaqədar olmadığını bildirib.

Boris Nemtsov fevralın 27-də gecə saatlarında Moskvanın mərkəzində odlu silahdan güllələnərək öldürülüb. Hadisə zamanı onun yanında Ukrayna vətəndaşı olan 1991-ci il təvəllüdlü qadın da olub. Onlar Böyük Moskvoretsk körpüsündə gəzişdikləri vaxt qəflətən yanlarında dayanan avtomobildən siyasətçiyə bir neçə dəfə atəş açılıb. Nəticədə kürəyindən dörd güllə yarası alan Nemtsov hadisə yerində keçinib.









Boris Nemtsovun qətlə yetirildiyi hadisə yeri

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368424

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR