Tünzalə Ağayeva: "...çox ucuz qiymətə çalışırlar"

Tünzalə Ağayeva: "...çox ucuz qiymətə çalışırlar"
15:29 29 Dekabr 2015
29 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Tünzalə Ağayevaya Azərbaycan müğənnilərinin fəaliyyətindən danışıb. Lent.az-ın məlumatına görə, APA.TV-nin “Səhər zəngi” verilişində qonaq olan əməkdar artist bildirib ki, Azərbaycanda yerli musiqiçilərin inkişaf edə bilməməyinin səbəblərindən biri əcnəbilərə daha çox şərait yaradılmasıdır: “Düşünürəm ki, bir çox insanlar müasir musiqiyə yatırımların olmasını istəyər. Türkiyə, Rusiya, yaxud elə Avropa ölkələrində təcrübə çoxdur. Əcnəbi müğənnilər gəlməlidirlər, amma balans olmalıdır. Müğənnilər bir yana, bizim elə mükəmməl musiqiçilərimiz var ki, çox ucuz qiymətə çalışırlar. Halbuki, xaricdə çalışsaydılar, daha çox uğur qazanardılar. İstərdim ki, bizim iş adamları məhz belə musiqiçilərə yatırım etsinlər. Çünki biz inkişaf etməliyik. Yerli ifaçılardan fərqli olaraq, əcnəbi ifaçılar çox yüksək məbləğ qarşılığında səhnəyə çıxır. Acınacaqlı haldır ki, niyə bu yatırım çölə atılır? Əgər yerli ifaçılara yatırımlar edilsə, canlı konsertlər çoxalar, orkestrlərimiz inkişaf edər. Xaricdə çıxış edən mükəmməl musiqiçi ölkəsində 30-50 manata işləməməlidir”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226999

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR