Akif İslamzadə Humayın klipinə çəkiləcək

Akif İslamzadə Humayın klipinə çəkiləcək
15:41 29 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Xalq artisti Akif İslamzadənin repertuarında yer alan “Ala gözlüm” mahnısını tarzən Humay Qədimova tarda ifa edib.

Axşam.az-ın məlumatına görə, sənətçi sözügedən kompozisiyasına klip çəkdirəcək. H.Qədimova klipin gələn il ekranlaşdırılacağını bildirib:

“Ala gözlüm”ü ilk oxuyan Akif müəllim olub. İnstrumental şəkildə isə mən lentə yazdırdım. Bu adi bir klip olmayacaq. İstədim ki, Akif müəllimin özünü də klipdə görək. İnşallah ki, bu istəyimiz baş tutacaq”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR