Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib (FOTO)

Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib (FOTO)
15:41 29 Dekabr 2015
331 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdədə bir nəfərin ölümü 4 nəfərin isə ağır yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə hadisə Yevlax-Ağcabədi magistralının Hacallı kəndindən keçən hissəsində qeydə alınıb.

Bərdənin Qaravəlli kənd sakini Samir Bayramovun idarə etdiyi VAZ-2106 markalı avtomobillə, Ağcabədi istiqamətində hərəkətdə olan "QAZel" markalı yük avtomobili qarşı qarşıya toqquşub. Hər iki avtomobil yarasız hala düşüb. VAZ-2106 nın 34 yaşlı sürücüsü və sərnişinlər 33 yaşlı Rauf Quliyev, 31 yaşlı Sevinc Quliyeva, 13 yaşlı Uğurbəyli Cəfərov ağır xəsarət alıb.



Avtomobillər yarasız hala düşüb

Yaralılar Təcili tibbi yardım avtomobilləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Həkimlərin səylərinə baxmayaraq Samir Bayramovun həyatını xilas etmək mümkün olmayıb. Digər xəsarət alanların da vəziyyəti ağır qiymətləndirilir. Ağcabədinin Kəhrizli kəndindən olan "QAZel"-in sürücüsü Hüseyn Cəfərov isə Ağcabədi MRX-na aparılıb. Xəstəxanadan əldə etdiyimiz məlumata görə vəziyyəti orta ağır olan sürücünün hazırda müalicəsi davam etdirilir. Qəzanın hansı səbəbdən baş verməsi hüquq mühafizə orqanları tərəfindən araşdırılır.


Yaralıların vəziyyəti ağırdır

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368423

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR