Azərbaycanlı müğənni zəncirvari qəzaya düşdü: prodüseri öldü (VİDEO)

Azərbaycanlı müğənni zəncirvari qəzaya düşdü: prodüseri öldü (VİDEO)
15:56 29 Dekabr 2015
94 Şou
Ölkə mətbuatı
A- A+

Rusiyada tanınan məşhur azərbaycanlı müğənni Elbrus Canmirzəyevin prodüseri Kamran Əmirov dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, müğənni və onun prodüseri Kamran Əmirov Krasnodarsk vilayətində qəzaya düşüb.

Hüquq-mühafizə orqanların məlumatına görə, qəza zamanı “Lexus”, BMW və yük avtomobili toqquşub.

Şahidlərin sözlərinə görə, Canmirzəyev "Lexus”u saatda 200-km-dən yüksək sürətlə idarə ederək yük maşınını sürüşgən yolda ötmək istəyib.

Hadisə şahidləri LifeNewsa bildiriblər ki, qəza nəticəsində “Lexus" yararsız hala düşüb. Müğənninin qanında spirt olub-olmadığı müəyyən etmək üçün nümunə götürülüb. Həkimlər ilkin yoxlamadan sonra ifaçının sərxoş olmadığını müəyyən ediblər.
İfaçının özü yüngül zədə və qapalı kəllə-beyin travması alıb. O, ambulator müalicə üçün evə buraxılıb.


Elbrus Canmirzəyevin prodüseri Kamran Əmirov

Elbrus Canmirzəyev 1991-ci ildə Azərbaycanın Qax rayonunda anadan olub. Onun "Brodyaqa" mahnısının klipinə "YouTube"da 9 milyondan çox baxış sayı olub.


E.Canmirzəyev "Brodyaqa" ifası

Azərbaycanlı müğənni "Çarodeyka", "Dışi", "Vesenniy Sneqopad" mahnıları ilə məşhurlaşıb.


Elbrus Canmirzəyev - "Çarodeyka"


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368427

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR