PRONET şirkətinin ənənəvi turniri yekunlaşdı

PRONET şirkətinin ənənəvi turniri yekunlaşdı
16:07 29 Dekabr 2015
20 İdman
Ölkə mətbuatı
A- A+

PRONET şirkətinin hər il ənənəvi olaraq keçirdiyi "ProSpect Futbol Turniri" keçirilib. İlk oyunlar noyabrın 28-də baş tutub.

1/4 finalın A1 qrupunda “ProSpect EPR” sistemnin istifadəçiləri olan Kapital Bank və Səhiyyə Nazirliyini təmsil edən komandalar görüşüb. Səhiyyə Nazirliyinin komandası Kapital Bank üzərində 7:3 hesabı ilə inamlı qələbə qazanıb. 

A2 Qrupunda İcbari Sığorta Bürosunun futbolçuları AS Group Investment-in futbolçuları ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmda çətinliklə də olsa, İcbari Sığorta Bürosunun futbolçuları qələbəni ələ edə edib - 5:3.

Noyabr ayının 29-u B1 və B2 Qruplarında yerləşən komandaların görüşləri keçirilib. Əvvəlcə meydana çıxan Grandstream və Paşa Sığortanın komandaları oyunu birincilərin 6:3 hesablı qələbəsi ilə yekunlaşıb. Həmin gün Fujitsu və Centron komandalarının oyunu ilə 1-ci turun oyunları tamamlanıb. Gərgin keçən qarşılaşmada Fujitsu minimal hesablı qələbə qazanıb - 9:8. Beləliklə, yarımfinala Səhiyyə Nazirliyi, Fujitsu, İcbari sığorta və Grandstream komandaları vəsiqə əldə edib.

Dekabrın 5-də əvvəlcə Fujitsu - Səhiyyə Nazirliyi oyunu baş tutub. Oyun Fujitsunun böyük hesablı məğlubiyyəti ilə yekunlaşıb - 6:12. İkinci görüşdə fərq daha böyük olub. Belə ki, Grandstream İcbari Sığorta Bürosu komandasını 15:1 hesabı ilə yenib. Nəticədə Səhiyyə Nazirliyi və Grandstream finlala çıxıb. 

PRONET şirkətinin məhsulu olan “ProSpect ERP” sisteminin istifadəçiləri arasında keçirilən mini futbol turnirinin böyük final görüşü dekabrın 26-da baş tutub. Meydanın hər qarışı uğrunda amansız mübarizəyə səhnə olan, son ana qədər tərəflərin heç birinin aşkar üstünlüyü olmadan keçən nəfəskəsici mücadilənin sonunda Grandstream 5:4 hesabı ilə qalib gəlib. Oyunda ən məhsuldar futbolçu Grandstream komandasından Vladimir Qolovnya, ən texnikalı oyunçu Səhiyyə Nazirliyinin komandasından Teymur Əfəndiyev və ən yaxşı qapıçı isə yenə də Səhiyyə Nazirliyinin komandasından Anar Ağayev olub.

Oyunun sonunda qalib komandaya Qələbə Kuboku və digər qiymətli hədiyyələr təqdim olunub.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-pronet-irktinin-nnvi-turniri-yekunlad-t46503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR