Bu il Azərbaycanda 88 qanunsuz tibb fəaliyyəti ilə məşğul olma faktı aşkarlanıb

15:27 30 Dekabr 2014
49 Digər
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 15:25 ]

Bakı. Könül Kamilqızı – APA. Bu il ərzində Azərbaycanda 88 qanunsuz tibb fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb, 75 halda cərimə tətbiq edilib. APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladova 2014-cü ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında çıxşı zamanı deyib ki, 5 halda lisenziyanın fəaliyyətinin dayandırılması və 4 halda lisenziyanın ləğv edilməsi kimi tədbirlər görülüb. Cari il ərzində tibb müəssisələrinin və səhiyyə işçilərinin fəaliyyəti ilə bağlı vətəndaşların ərizə və müraciətləri əsasında araşdırmalar aparılaraq müəyyən tədbirlər görülüb. İl ərzində Səhiyyə Nazirliyinə daxil olmuş 19 mindən artıq müraciətə baxılıb. Bununla yanaşı, poçt vasitəsilə 645 ərizə və müraciətlər, Səhiyyə Nazirliyinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 528 məlumat araşdırılıb.

 

Səhiyyə naziri tərəfindən bu il respublikanın 12 regionunda vətəndaşların qəbulu təşkil olunub və keçirilmiş qəbulda ümumilikdə 358 vətəndaş iştirak edib.

 

Hazırda ölkə üzrə 600-dən çox özəl tibb müəssisəsi və kabineti fəaliyyət göstərir. Bu müəssisələrdə əhaliyə tibbi xidmətin göstərilməsi üçün yaradılan şərait və bu xidmətin keyfiyyəti Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq araşdırılır.

 

Tibb işçilərinin təkmilləşdirilməsi və sertifikasiyalaşdırılması işi də davam etdirilib. 2014-cü ildə mərkəzləşdirilmiş qaydada test imtahanı ilə 631 həkim işə qəbul olunub. Respublikanın bəzi regionlarında orta tibb kadrlarına olan yüksək tələbatı nəzərə alaraq yeni yaradılmış Cəlilabad, Quba və Saatlı tibb kollecləri 2014/2015-ci tədris ilindən fəaliyyətə başlayıb. Gənc mütəxəssislərin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı çərçivəsində bu il 53 nəfər həkim Avropanın nüfuzlu universitet klinikalarında səhiyyənin müxtəlif sahələri üzrə təkmilləşdirmə kurslarında peşə biliklərini artırıblar. Hesabat ilində rəhbər kadrların gücləndirilməsinə böyük diqqət yetirilib. İl ərzində bu vəzifələrə 42 yeni kadr təyin olunub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367759

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR