Türkiyəli homoseksual hakim federasiyadan təzminat alacaq

Türkiyəli homoseksual hakim federasiyadan təzminat alacaq
16:34 29 Dekabr 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə keçmiş hakimin Türkiyə Futbol Federasiyasına qarşı qaldırdığı iddia təmin olunub.

 

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, keçmiş fit sahibi Xəlil İbrahim Dincdağ cinsi seçimini açıqladığı üçün onu işdən çıxaran TFF-yə qarşı 110 min lirəlik iddia qaldırmışdı.  

 

İstanbul Ədalət Məhkəməsində keçirilən prosesdə qərara elan edilib. Qərara əsasən, iddiaçı Xəlil İbrahim Dincdağın iddiası qismən təmin edilib. Ona dəyən maddi zərərə görə 3 min, mənəvi zərərə görə isə 20 min lirə təzminat ödənilənəcək. 

 

Qeyd edək ki,  X. İ. Dincdağ bu il yanvartın 29-da verdiyi açıqlamasında homoseksual olduğunu demiş və hakim olmasının LGBT hərəkatının Türkiyədəki qələbəsi olduğunu bildirmişdi.  Bundan sonra Türkiyə Futbol Federasiyası onun hakimliyini ləğv etmişdi. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR