Aqil Məmmədov: "Heç bir şey itirilməyib"

Aqil Məmmədov: "Heç bir şey itirilməyib"
16:37 29 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi" klubunun qapıçısı Aqil Məmmədov müsahibə verib.

Aqil komandanın ilin son oyununda Gəncədə "Kəpəz"lə 1:1 hesablı heç-heçə etməsindən və "Neftçi"nin hazırkı durumundan danışıb:

Milli.Az goal.az-a istinadən müsahibəni təqdim edir:

- İlin son oyununu Gəncədə "Kəpəz"ə qarşı keçirdiz...

- Əvvəlcə bütün azarkeşlərimizi və xalqımızı qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edirəm. Mövsümün bu hissəsi bizim üçün çox çətin keçdi. Həqiqətən çox çətindi. Biz də çalışdıq ki, ilin son oyununda azarkeşlərimizə qələbə sevinci bəxş edək, amma alınmadı. Buraxdığımız qolda da səhv mənim idi. Sadəcə olaraq külək topun trayektoriyasını dəyişdi və qola mane ola bilmədim. Belə kollektivdə olduğum üçün çox xoşbəxtəm. Uşaqlar mənə dedilər ki, "sənin üçün oynayacağıq". Fasilədən sonra çıxdılar, mənim üçün oynadılar və məğlubiyyətdən qaça bildik. Hətta qələbə də qazana bilərdik, amma şanslardan yararlana bilmədik.
"Kəpəz"i və Şahi Diniyevi təbrik edirəm. Həqiqətən, Şahin müəllim yaxşı kollektiv yaradıb. Meydanın durumunu və yaradılan, qaçırılan qol vəziyyətlərini nəzərə alsaq, elə ədalətli nəticə oyunun heç-heçə bitməsi idi.

- Əsgər Abdullayevin gəlişindən sonra komandada nə dəyişib?

- Mən məşqçilərin işi barədə nəsə danışmaq istəmirəm. Ancaq Əsgər müəllimin işi göz qabağındadır. O gələndən sonra komanda yüksəlmək istəyir. Bunu deməyə belə ehtiyac yoxdur. İnşallah, yanvardan sonra da daha güclü kollektivə sahib, daha güclü olan "Neftçi" görəcəksiz.

- Heyətiniz güclənəcək?

- Əlbəttə. Təbii ki, güclənməlidir. Daha güclü "Neftçi" görmək istəyiriksə, heyəti mütləq gücləndirməliyik.

- Bəs iddianız nə olacaq?

- Həmişəki kimi birincilik uğrunda oynamaq. "Neftçi"ni birinci olmaqdan başqa heç bir nəticə qane etmir.

- Artıq gec deyil ki bu?

- Xeyr! Heç bir şey itirilməyib və gec də deyil. Düzdür, biz də xal itiririk, amma nəzərə alaq ki, rəqiblər də xal itirəcəklər. Biz maksimum nəticə göstərsək, heç bir şey itirilməyib.

- Amma bu da real görünmür axı...

- Həyatda hər şey mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/393986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR