Daha bir hərbi hissədə yeni yaşayış binalarının açılış mərasimi keçirilib VİDEO

Daha bir hərbi hissədə yeni yaşayış binalarının açılış mərasimi keçirilib   VİDEO
16:48 29 Dekabr 2015
11 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişinə əsasən, növbəti hərbi şəhərciyin ərazisində yeni tikilən iki yaşayış binasının açılış mərasimi olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yeni tikilən beşmərtəbəli, hər biri üçotaqlı olan 100 mənzilli binalar kommunikasiya xətləri ilə təchiz olunaraq mərkəzləşdirilmiş istilik sisteminə qoşulub. Müasir standartlara cavab verən tam təmirli mənzillər mebel və lazımi avadanlıqla təchiz olunub. Ərazidə yarımstansiya, su anbarı tikilib, binaların ətrafı asfaltlanıb. Hasara alınmış yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, sakinlərin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.
Xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində hərbi qulluqçular və onların ailə üzvləri ilə görüşdə çıxış edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov dövlətimizin başçısı və nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını təbrik edib.
Sonra Müdafiə Nazirliyinin rəhbərliyi, komandanlıq heyəti və hərbi qulluqçuların ailə üzvləri ərazidə ağac və gül kolları əkib.
Mərasim iştirakçıları yaradılan şəraitdən məmnun qaldıqlarını və göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Yeni mənzillərin açarları hərbi qulluqçulara təqdim edildikdən sonra müdafiə naziri, general-polkovnik Z.Həsənov yaradılan şəraitlə tanış olub, ailələrin qayğıları ilə maraqlanıb və çay süfrəsi ətrafında söhbət edib.
Həmin gün müdafiə naziri hərbi hissə yaxınlğında tikintisi davam etdirilən təlim mərkəzi və atış poliqonunda da olub, inşaat işlərinin gedişini yoxlayıb, lazımi göstəriş və tövsiyələrini verib.











Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Daha_bir_herbi_hissede_yeni_yasayis_binalarinin_achilis_merasimi_kechirilib_VIDEO-915335

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR