Ronaldo: "Messi möhtəşəmdi, amma Pele və Maradona bizim hamımızdan yaxşı idilər"

Braziliya millinin sabiq üzvü, yaşayan əfsanə Ronaldo "Barselona"nın ulduzu Lionel Messi və "Real"ın forvardı Kriştiano Ronaldonun oyununu dəyərləndirib:

"Messi fövqəladə futbolçudu, Kriştiano Ronaldo da həmçinin. Mənə elə gəlir ki, Leo daha universaldı.

O, möhtəşəmdi. Digərləri ilə müqayisədə, daha çox xoşuma gəlir. Messinin etdikləri daha effektiv görünür. Amma PeleMaradona bizim hamımızdan daha yaxşı idilər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR