Belə avtovağzalla hansı turizmdən danışasan...

Belə avtovağzalla hansı turizmdən danışasan...
16:52 29 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Zaqatala hələ sovet dövründən SSRİ-nin turizm sektorunun incisi sayılırdı. Buraya hətta xaricdən də dincəlməyə gəlirdilər. Yay aylarında burada hər millətdən və irqdən olan adamlara rast gələrdin. Təəssüf ki, bunu indi yalnız yaşlı nəslin nümayəndələri xatırlayırlar.

İndi Zaqatalaya başqa yerlərdən gələnlər həddən artıq azdır. Onlar da ya Azərbaycanın başqa yerlərindən gələnlər, ya da ölkəmizdə işləyən əcnəbilərdir.

Bəs nə baş verir? Bir vaxtların elitar turizm mərkəzi sayılan Zaqatala indi insanların böyük şəhərlərdən qaçdığı, təbiət qoynuna daha çox çıxmağa çalışdığı bu günlərdə öz əhəmiyyətini niyə itirib?

Üzr istəyirik, tualetsiz avtovağzal...

Hər bir obyektin özünə uyğun vacib atributları var. Məsələn, asılqan teatrdan ötrü vacib sayılır.

Siz heç, üsr istəyirik, ayaqyolusu olmayan avtovağzal görmüsünüzmü? Yox? Onda təcili olaraq Zaqatalaya gedin. Şəhər avtovağzalının nəhəng ərazisində tualet tapa bilməyəcəksiniz. İctimai yeri tualetsiz necə təsəvvür etmək olar? İllah da hər gün yüzlərlə, minlərlə adamın toplaşdığı bir məkanı...

Yaxşı, tutaq ki, yerli adamlar avtobusların hərəkət qrafikini bilir, vaxtında gəlib-gedirlər, belə deyək ki, tualetə ehtiyacları olmur. Bəs qonaqlar, nabələd adamlar dərdini kimə, hara desinlər?!

Hələ bu da hamısı deyil. Bir hektara yaxın ərazisi olan avtovağzalın mərkəzində 70-ci illər üslubunda və elə həmin vaxt şüşədən tikilən ikimərtəbəli bina var. Lakin bu "şüşə qala"ya giriş qapısı bərk-bərk bağlıdır. Onun içində (hər halda qıraqdan görünən birinci mərtəbəsində) heç nə yoxdur. Bura bir vaxtlar, görünür, gözləmə zalı olub. İndi isə oraya daxil olmağa heç kəsə icazə verilmir. Avtovağzalın sahibi Aydın müəllimdən başqa heç kəsə!

Yaxınlıqdakı çayxanada oturub növbəti avtobusun yola düşməsini gözləyən yerli sərnişinlər bizimlə söhbətlərində avtovağzalın sahibini - Aydın Mehdiyevi belə, yəni "Aydın müəllim" kimi təqdim etdilər.

Yüzlərlə sərnişin burada avtobusları açıq havada, yağışın-qarın, qızmar günəşin altında gözləməyə məcburdur. Əlbəttə, Zaqatalada hörmətli şəxs sayılan Aydın müəllimin rahatlığı naminə bunlara da dözmək olar, bu - xırda şeydir. Adamlar buna vərdiş ediblər. Durub dözəcəklər...

"Boşboğaz"lar isə çay içə-içə Aydın müəllimin ünvanına yeni-yeni ittihamlar yağdırırlar. Onları indi yazaq, vəziyyəti sonra təhlil edərik. Yerli sakinlərin sözlərinə görə, avtovağzalda əvvəllər tualet olub, lakin bu obyektin sahibi cibini pulla doldurmaq naminə həmin o primitiv ayaqyolunun tikildiyi ərazini üstündəki bina ilə birgə satıb. O vaxtdan bəri avtovağzalın xidmətindən istifadə edən şəxslər buna ehtiyac yarananda tualet axtarışına çıxır, avtovağzalın dörd bir yanını fırlanırlar.

Heç də həmişə belə olmayıb...

Elə düşünməyin ki, burada həmişə belə olub. Əsla. Sovet inşaatçısı 40 il əvvəl belə sosial obyekt - tualetsiz avtovağzal tikməzdi, tikə bilməzdi. Onu buna görə sadəcə olaraq türməyə basardılar.

Buradakı bu idbar mənzərə obyektin Aydın müəllim tərəfindən özəlləşdirilməsindən sonra yaranıb. Adam torpağı tutub satıb -  tualet yoxa çıxıb. Zalın qapılarını bağlatdırıb - gözləmə zalı, ana və uşaq otağı, bufet, sürücülərin istirahət otağı yoxa çıxıb.

Bir sözlə, Aydın müəllim sehrbaz kimi insanların rahatlığı üçün nəzərdə tutulan hər şeyi tədricən məhv edib. Artıq nə sərnişinlərin, nə də şəhərlərarası marşrutlarda işləyən avtobus sürücülərinin bu xidmətlər, bu rahatlıq barədə daha heç təsəvvürü də yoxdur.

Belə vəziyyətdən hamıdan çox əziyyət çəkənlər isə əlbəttə ki, Bakı-Zaqatala-Bakı reysi ilə işləyən avtobusların sürücüləridir. 6-7 saat sükan arxasında oturub yüz kilometrlərlə yol gələn yorğun sürücülərin halını təsəvvür edin. Bəs bu insanlar harada dincəlməli, çay içməli, gözlərinin acısını almalıdır? Avtobusu sahibsiz qoyub getmək də olmur axı.

Ona görə də zavallılar geri qayıdana qədər elə avtobusdaca oturub dincəlməyə məcburdurlar. Zaqatalaya gələndən bir müddət sonra yenidən geriyə - uzaq, ağır yola çıxmağa hazırlaşan bu yorğun-arğın, yarıac-yarıtox adamların taleyi heç kəsi maraqlandırmır. Daha heç sürücülər də nəsə tələb etmirlər. Artıq vərdişkar olublar. Şikayət etməyə, bəlkə də, qorxurlar.

Bəlkə, elə bu cür də olmalıdır? Bəlkə, o köhnə sovet qaydaları pis idi? Belə deyək də, ana öz balasını çox sevirsə, onu harada və necə gəldi yedirə, pampersini harada gəldi dəyişə bilər - istəyir şaxta dondursun, istəyir gün yandırsın. Belə olan halda ana və uşaq otağı nəyə gərəkdir axı?!

Avtovağzalın sahibi sürücünün harada və necə dincəlməsi, ac-susuz, yoxsa tox olması haqda nəyə görə düşünməlidir? Bunun dərdini qoy sürücü özü çəksin...

Gözləmə zalını açıb istifadəyə vermək isə əsla olmaz. Ətrafda gör nə qədər avara, bomj var. Hamısı doluşacaq bura, axırı, Allah bilir, nə olar...

Lakin insanlara xidmət göstərən obyektin rəhbəri belə düşünə bilməz və düşünməməlidir. Axı onun bütün biznesi sərnişinlərə xidmət etmək, onlara daha rahat şərait yaratmaq üzərində qurulub. Əks halda manat qazanmaq üçün qəpiyə qızırğanmayan başqa və daha fərasətli adam tapılacaq. Təəccüblüsü də odur ki, beləsi indiyə qədər niyə tapılmayıb. Kim onu adam yerinə qoymayan belə avtovağzal rəhbəri ilə işləmək istəyər?!

Nə kassa var, nə də dispetçer...

Bu saydıqlarımız hələ ikinci dərəcəli məsələlərdir. Avtovağzal üçün daha vacib olanlar hələ bunlar da deyil. Əgər mexanizm dəqiq işləsə, başqa qüsurlara yenə birtəhər dözmək olar.

Bütün avtovağzallarda ümumi iş mexanizmi belədir: gəlib biletini alırsan, avtobusa oturub mənzil başına sağ-salamat çatırsan. Zaqatalada isə bu mexanizm işləmir. Daha doğrusu, işləyir, amma lazımi şəkildə yox. Biz Zaqatala avtovağzalında nə dispetçer xidməti gördük, nə də dispetçerin özünü...

Buradakı yeganə kassaya yaxınlaşmağına bəndsən ki, avtobus sürücüsü o dəqiqə başının üstünü alır və xidmətini sırımağa başlayır: "Avtobusda boş yer var, pulu elə özümə ver..."

Halbuki bu xidməti kassa göstərməlidir. Əks halda kassa nə üçündür?! Əlbəttə, sərnişinlərə bilet satmaq üçün. Bu, təkcə sərnişinlərin yox, çox vaxt gediş haqqını özləri yığan, heç kəsə də bilet verməyən sürücülərin də rahatlığı üçün lazımdır. Sürücülərin gediş haqqını yığıb heç kəsə bilet verməməsi isə həm də maliyyə pozuntusudur. Buna görə məsuliyyət nəzərdə tutulur.

Bundan əlavə, müasir avtovağzalın azı bir girişi, bir də çıxışı olmalıdır ki, maşınlar bir-birinə mane olmasın, toqquşmasın. Zaqatala avtovağzalı bu baxımdan yaxşı nümunədir, çünki burada 4 giriş-çıxış var.

Amma Aydın müəllim onları öz biznesinin xətrinə sözün hərfi mənasında metal borular və beton plitələrlə bağlayıb. Yəqin, kefi belə istəyib. Özü də sürücülər bir giriş qapısından girib-çıxmağa vərdiş edənə yaxın o girişi boru və plitələrlə bağlayıb digərini açırlar. Həmin açıq giriş də daimi nəzarətdə olur.

Avtovağzalın sahibi öz obyektində belə "yenidənqurma" ilə məşğuldur. Qalan vacib işləri isə çoxdan unudub. Məsələn, tələb olunduğu kimi, böyük perron tikməyi. Axı avtobusun az qala yarım metrə çatan pilləkənindən düşüb-çıxmaq yaşlı adamlar, əliuşaqlı qadınlar üçün o qədər də asan deyil. Perron tikmək elə də çətin deyil. Amma orada bunu, çətin ki, kimsə nə vaxtsa tikə...

Nazirlik və icra hakimiyyəti hara baxır?

Niyə çətin ki? Ona görə ki, xozeyin bunu istəmir. Əks halda bu çatışmazlıqlar çoxdan aradan qaldırılmışdı. Əgər Nəqliyyat Nazirliyi və onun Sərnişindaşıma Departamenti avtovağzallara dair tələblərə riayət olunmasını tələb etsəydi, burada hər şey qaydasına düşərdi. İndiyə qədər də məlum deyil ki, sürücülər maşınlarını harada yuyub təmizləyirlər, texniki bxışdan harada keçirirlər. Burada müvafiq qurğular və şərait yoxdur. Xozeyin isə bu işləri geniş asfalt meydançada görməyə icazə vermir.

Çoxbilmiş rayon sakinləri deyirlər ki, Aydın müəllimin Bakıda güclü arxası var deyə nazirliyin bütün tövsiyə-tələblərinə boş şey kimi baxır.

Heç olmasa FHN bu xozeyindən qapılardan heç olmasa birini təhlükəsizlik üçün açmağı tələb etməlidir.

Sıx meşədə adi bir budağın kəsilməsini də diqqətdən qaçırmayan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iti gözlərinin hara baxdığını anlamaq da çətindir. Çirkli avtobuslar şəhərin mərkəzində saatlarla dayanır, öz miskin görkəmləri ilə avtovağzalın onsuz da qeyri-estetik olan görünüşünü daha da ağırlaşdırırlar. Avtovağzalın sahibi isə sadəlövhlüyümüzdən az qala tualetlə səhv salacağımız balaca bir tikilini çayxana adı ilə icarəyə verir.

Lakin yerli sakinlərdən eşitdiklərimizin yanında hələ bu da xırda məsələdir.

Həmin söhbətlərdən belə məlum olur ki, Zaqataladan Bakıya gedən avtobuslarda son günlərə qədər Zaqatala meşələrindən kəsilmiş qiymətli ağaclardan hazırlanan materiallar daşınırmış. Sərnişinlərin etirazlarına isə məhəl qoyan yox imiş. Bu da səbəbsiz deyil.

Virtualaz.org saytının da bu yaxınlarda xəbər verdiyi kimi, hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayətkar qruplaşması Zaqatala meşələrinin çox hissəsini kəsib-doğrayıb. Meşələrdə kəsilən qiymətli ağac növlərindən hazırlanmış parketi və digər materialları sərnişin avtobuslarında, minlərlə adamın gözü qabağında daşımaq isə artıq aşkar cinayətdir. Bütün dövlət orqanlarının diqqətini cəlb etməli olan cinayət. Cinayətkarlıqla mübarizə aparmalı olan dövlət qurumlarının nədən susması məsələsinə yəqin ki, istintaq aydınlıq gətirəcək. Amma bəs avtovağzalın sahibi cinayətkarlara niyə yardım edib? Bunu anlamaq çətin deyil. Səbəb varlanmaq ehtirasıdır, acgözlük və hərislikdir.

Lakin bir məqam da var. Əgər adıçəkilən və çəkilməyən nazirlik və dövlət qurumları uzaqdadırsa, bəs rayonun icra strukturları, xüsusilə də Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) hara baxır? RİH avtovağzal sahibini çoxdan doğru yola gəlməyə məcbur etməli idi. Əgər təkcə elə bir avtovağzalda, özü də gözünün düz qabağında bu qədər problem varsa, onda rayon mərkəzi böyük turist axınına necə iddia edə bilər? Axı rayona gələn qonaqlar Zaqatala və onun turizm mərkəzi statusu barədə elə bu avtovağzala baxıb mühakimə yürüdürlər. Əgər avtovağzalın sahibi tualeti satırsa, buradakı bütün tikililərin qapısını qıfıllayırsa, bura gələn qonaqlarda hansı qənaətin hasil olacağını, onun burada qalmaq istəyib-istəməyəcəyini təsəvvür etmək çətin deyil.

Yerli hakimiyyətin üzərində düşünməli olduğu daha bir vacib sual isə budur: mənəvi və fiziki baxımdan köhnəlmiş bu avtovağzalı Zaqatala şəhərinin mərkəzində saxlamağa dəyərmi?

Hamımız aydın başa düşürük ki, avtovağzal şəhərin mərkəzində yox, kənarında olmalıdır. Bu, artıq zamanın tələbidir. Məqsəd də şəhərə nəqliyyat axınını mümkün qədər azaltmaq, onun ekoloji vəziyyətini yaxşılaşdırmaqdır. Bir vaxtlar Zaqatala şəhərinin kənarında tikilən yerli avtovağzal indi rayonun düz mərkəzindədir. Bundan əlavə, yerli hakimiyyət orqanları avtovağzalın düz yanında Bayraq Meydanı tikib. Milli atributumuz olan bayrağımız artıq süquta uğrayan, tənəzzül dövrünü yaşayan bu obyektin fonunda dalğalanır ki, bu da Bayraq Meydanında tikilmiş müasir otelin, bankların yerli filiallarının, firma mağazalarının ümumi arxitekturasına heç cür uyğun gəlmir, ümumi ansamblla heç cür səsləşmir.

Turizm mərkəzi adına iddia edən bir şəhərin hakimiyyət orqanları mərkəzi küçədə bu qədər avtomobil sıxlığına, avtovağzalın cəmi bir giriş-çıxışının olmasına necə yol verə bilər axı? Axı hər hansı bir avtobusun avtovağzala daxil olmaq və ya oradan çıxmaq cəhdi bu ərazidə xaos və tıxaclar yaradır.

Bəli, hər teatr asılqandan başladığı kimi şəhər də avtovağzaldan başlayır. Şəhərə gələn qonağın oradan razı qalıb-qalmaması əsasən avtovağzalın onda yaratdığı təəssüratdan asılıdır. Zaqatala rayon rəhbərliyinin bu şəhərə ötən əsrdən miras qalan avtovağzala artıq ayıq nəzərlərlə baxmasının, ona real qiymət verməsinin vaxtı çoxdan gəlib çatıb.

Virtualaz.org saytı Zaqatalanın keçmiş turistik şöhrətinin bərpa olunmasına mane olan bütün qüsur və çatışmazlıqları üzə çıxarmaq üçün araşdırmalarını davam etdirəcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Deutsche Bank" maliyyə böhranına səbəb ola biləcək amilləri sadalayıb

19 Sentyabr 2017 21:17

Azərbaycanlı kənd təsərrüfatı mütəxəssisləri beynəlxalq təcrübəni öyrənirlər

19 Sentyabr 2017 21:17

İranın "Nəfəs" filminin Oskar mükafatına namizədliyi irəli sürülüb

19 Sentyabr 2017 21:12

Salyanda yol qəzası baş verib, 4 nəfər ölüb

19 Sentyabr 2017 21:12

Dembele əməliyyat olundu

19 Sentyabr 2017 21:12

Elmar Məmmədyarov: "Azərbaycan Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət həllini dəstəkləyir"

19 Sentyabr 2017 21:07

Elmar Məmmədyarov -

19 Sentyabr 2017 21:04

İnterpol dələduzluqda təqsirləndirilən azərbaycanlını axtarır

19 Sentyabr 2017 21:03

İranın "Nəfəs" filmi 90-cı Oscar mükafatlarına namizəd olub

19 Sentyabr 2017 21:02

Prezident BMT-də müzakirələrin açılışına qatıldı

19 Sentyabr 2017 20:59

ABŞ BMT-də islahatlar aparılmasını istəyir -

19 Sentyabr 2017 20:58

"Sumqayıt" oyunçusu barəsində qərar - HƏBS

19 Sentyabr 2017 20:49

“Bu, böyük müharibənin başlanğıcı olacaq” - DƏHŞƏTLİ XƏBƏRDARLIQ

19 Sentyabr 2017 20:43

Prezident İlham Əliyev BMT-nin baş qərargahında ümumi müzakirələrin açılışında iştirak edib

19 Sentyabr 2017 20:42

Göygöldə qəza: xəsarət alan var

19 Sentyabr 2017 20:39

Paytaxtın bu ərazilərində qaz təchizatında məhdudiyyət olacaq -

19 Sentyabr 2017 20:38

Meksikalı heykəltəraş Xorxe Marinin sərgisi başa çatıb

19 Sentyabr 2017 20:32

Beynəlxalq Muğam Mərkəzində Milli Musiqi Günü qeyd olunub

19 Sentyabr 2017 20:30

Gürcüstanda polis azərbaycanlıların yığcam yaşadıqları qəsəbədə xüsusi əməliyyat keçirir

19 Sentyabr 2017 20:27

Rusiya əhalisinin 96%-i ölkənin iqtisadi siyasətinin dəyişdirilməsi zəruriyyətini bildirib

19 Sentyabr 2017 20:22

ABŞ prezidenti: “Bu, bizim üçün utanc mənbəyidir”

19 Sentyabr 2017 20:18

ABŞ prezidenti -

19 Sentyabr 2017 20:16

Prezident İlham Əliyev və xanımı müzakirələrin açılış mərasimində iştirak ediblər

19 Sentyabr 2017 20:14

Moldova hökuməti ölkə prezidentindən Konstitusiya Məhkəməsinə şikayət edəcək

19 Sentyabr 2017 20:12

Yeni silahın yaratdığı QORXU, müharibənin OLMAMASI ÜÇÜN... – GÜNÜN SİYASİ XÜLASƏSİ

19 Sentyabr 2017 20:03

Bakıda və bölgələrdə bal yarmarkası keçiriləcək

19 Sentyabr 2017 20:02

VİDEO: Günəş enerjisi ilə yaşayan uşaqlar -

19 Sentyabr 2017 20:00

Azərikimya İB-də Neftçilər gününə həsr olunmuş “Xəmsə” bilik yarışı keçirilib

19 Sentyabr 2017 19:57

"Gazelli" şirkətinin hüquqşünası: “Yanğın zamanı heç kim xəsarət almayıb”

19 Sentyabr 2017 19:53

Azərbaycanda arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək

19 Sentyabr 2017 19:52

Bu azərbaycanlı bütün dünyada axtarılır

19 Sentyabr 2017 19:50

Yer kürəsinin tarixində ən yüksək temperatur müəyyən edildi

19 Sentyabr 2017 19:48

Təlimlərdə ərazinin maketi üzərində fəaliyyətlər icra olunub

19 Sentyabr 2017 19:39

VİDEO: Narkotik vasitə və spirtli içki verib Allaha qurban etdilər -

19 Sentyabr 2017 19:38

Biləsuvarda fəhlələri daşıyan mikroavtobus aşıb, yaralananlar var

19 Sentyabr 2017 19:37

Tramp: “Bu ölkəni məhv etməkdən başqa seçim yoxdur”

19 Sentyabr 2017 19:33

“Neft Daşları”nda yeni quyu istismara verilib

19 Sentyabr 2017 19:30

Tramp: "ABŞ təhlükə yaranacağı təqdirdə, KXDR-i tamamilə məhv etmək məcburiyyətində qalacaq"

19 Sentyabr 2017 19:22

"İran sülhü pozan davranışları davam etdirir" - Tramp

19 Sentyabr 2017 19:19

12 yaşından evlənənə qədər hər gün eyni şeyi təkrarladı -

19 Sentyabr 2017 19:16

Bakıda xəstəxanada insident: mühafizəçinin köynəyini cırdılar

19 Sentyabr 2017 19:14

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

19 Sentyabr 2017 19:08

Natavan Dado ilə reklama üçün evlənib? - AÇIQLAMA

19 Sentyabr 2017 18:59

Bakı-Supsa kəmərindən neft oğurlamaq istədilər

19 Sentyabr 2017 18:58

Gənc Tamaşaçılar Teatrı oktyabeda beynəlxalq festivalda iştirak edəcək

19 Sentyabr 2017 18:57

Prezident ailəsi ilə bağlı heç kimin bilmədiyi 7 MARAQLI MƏQAM - FOTO

19 Sentyabr 2017 18:48

Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq

19 Sentyabr 2017 18:42

Aleksandr Plemakova Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi

19 Sentyabr 2017 18:36

Azərbaycanın neft sənayesi işçiləri mükafatlandırıldı

19 Sentyabr 2017 18:31

Rusiya təlimlərdə raketi səhv ünvana atdı

19 Sentyabr 2017 18:30