Qazaxda şəhid ailələrinə yardım edilib

Qazaxda şəhid ailələrinə yardım edilib
16:53 29 Dekabr 2015
257 Ölkə
Ölkə mətbuatı
A- A+

Qazax Sement Zavodu kollektivinin şəhid ailələrinə maddi və mənəvi dəstək olması artıq bir ənənə halını alıb. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə kollektivin üzvləri Qazaxın Daş Salahlı kəndində yaşayan şəhid ailələri ilə görüşüblər. 

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edənlər əlamətdar gün və yeni təqvim ili münasibətilə şəhid ailələrini təbrik ediblər. Şəhid ailələrinin üzvləri onlara göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. 

Sonda şəhid ailələrinə zavodun kollektivi adından bayram hədiyyələri verilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qazaxda_sehid_ailelerine_yardim_edilib-915339

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR