Rusiya XİN: "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mümkün bütün üsullardan istifadə edirik"

Rusiya XİN: "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mümkün bütün üsullardan istifadə edirik"
16:57 29 Dekabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 dekabr. REPORT.AZ/ "Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik etmək üçün mümkün bütün üsullardan istifadə edir".
"Report"un məlumatına görə, bu haqda Rusiya Xairici İşlər Nazirliyinin 2015-ci ilin yekunlarına həsr edilən hesabatında bildirilib.
"Uyğun təşəbbüslər Rusiya prezidentinin Yerevana (apreldə) və Bakıya (iyunda) səfəri çərçivəsində müzakirə edilib, Ermənistan xarici işlər nazirinin apreldə, Azərbaycan xairici işlər nazirinin mayda Moskvada keçirdikləri görüşlərdə nəzərdən keçirilib", - deyə hesabatda bildirilib.
Sənəddə qeyd olunub ki, Belqradda (dekabr) ATƏT-ə üzv dövlətlərin xairci işlər nazirlərinin iclasında ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin nümayəndə heyətləri münaqişənin dinc yolla həllinə sadiq qaldıqlarını və təkliflər əsasında problemin həlli istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər. 

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/rusiya-xi-n-dagliq-qarabag-munaqisesinin-tenzimlenmesinde-mumkun-butun-usullardan-istifade-edirik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR