Smartfonlardan aktiv istifadə insanlarin sağlamlığına ziyandır

Smartfonlardan aktiv istifadə insanlarin sağlamlığına ziyandır
16:58 29 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Alimlər sürətlə həyatımıza inteqrasiya edən miniatür kompyuterlərin (smartfonlar, fabletlər, planşetlər) insanın fiziki və psixi sağlamlığına təsirinin hərtərəfli tədqiqinə başlayıblar.
AZƏRTAC “naked-science.ru” resursuna istinadən xəbər verir ki, ABŞ-ın Harvard Universitetinin professoru Emi Kaddi “The New York Times” üçün yazdığı məqaləsində qeyd edib ki, gözünü smartfonun displeyindən ayıra bilməyən insanların beli tədricən əyilə bilər. Belə vəziyyət boyun nahiyəsinə əlavə yük yaradaraq müxtəlif xoşagəlməz vəziyyətlərə gətirib çıxarır. Orta çəkili insanlarda başın mailliyi 30 dərəcə olduqda boyun nahiyəsinə təxminən 18 kiloqram, 60 dərəcədə isə 27 kiloqram əlavə yük düşür. Belə duruş yalnız fiziki deyil, həm də psixi vəziyyətə təsir edir. E.Kaddinin sözlərinə görə, belə duruş forması yalnız neqativ vəziyyəti əks etdirmir, həm də onu yaradır. Alim elmi işlərə istinad edərək bildirib ki, bükülmüş bel forması insanın əhval-ruhiyyəsinin pisləşməsinə, yaddaşının zəifləməsinə səbəb olur.
"Biz işin səmərəliliyini və yaşayış keyfiyyətini yüksəltmək məqsədilə gün ərzində mobil qurğulardan bir neçə saat istifadə edirik, ancaq bu cihazlarla belə sıx qarşılıqlı əlaqə tamamilə əks-təsir göstərir", – deyə E.Kaddi yazır.
Alim qeyd edir ki, smartfondan istifadə zamanı bədənin vəziyyətinə diqqət yetirmək lazımdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Smartfonlardan_aktiv_istifade_insanlarin_saglamligina_ziyandir-915344

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR