Azərbaycan 200 min dollar cərimələndi

Azərbaycan 200 min dollar cərimələndi
17:01 29 Dekabr 2015
516 İdman
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında dopinq qəbul edən idmançılar cəzalanıb.

ANS PRESS-in məlumatına görə, Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) Azərbaycanı 200 min dollar cərimələyib. Bu barədə Fokus sport yazıb.

Ən çox qanunu pozan Azərbaycan yığmasının idmançıları olub (6 idmançı). Rusiyanın 4 idmançısı, Qazaxıstan, Moldova və Şimalı Koreyanın isə 3 atletinin dopinq qəbul etdiyi məlum olub.

Məlumata görə, Federasiya Rusiyanı 100 min dollar , digər ölkələri isə 50 min dollar məbləğində cərimələyib. Ölkələr cərimələrini ödəməsələr 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarında iştirak etmək üçün lisenziya verilməyəcək.

Bir müddət əvvəl, ağır atletlərimiz Valentin Xristov, Firuddin Quliyev, Elxan Əliquluzadə, İntiqam Zairov, Dadaş Dadaşbəyli, Silviya Anqelova dopinq testindən keçə bilməyiblər. Əlavə edək ki, əgər ilk nəticələrin göstəriciləri ikinci dəfə aşkar olunsa , Dadaşbəyli istisna olmaqla digərləri ömürlük idmandan kənarlaşdırıla bilərlər.


Valentin Xristov - idmançı

Bolqarıstanlı legioner Valentin Xristov 2012-ci ildə Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. 2012, 2013 və 2015-ci illər daxil olmaqla 9 qat Avropa Çempionu olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368433

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR