2016-cı ildə “BakuBus” 14 marşrut xətti üzrə xidmət göstərəcək

2016-cı ildə “BakuBus” 14 marşrut xətti üzrə xidmət göstərəcək
17:08 29 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, Elvin Camalov, AZƏRTAC
2016-cı ildə “BakuBus” MMC-nin Bakının mərkəzini əhatə edən 14 marşrut xətti olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “BakuBus” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.
Onun sözlərinə görə hal-hazırda 14 marşrut xəttindən 8-i sərnişinlərin istifadəsinə verilib. Avtobusların xəttə buraxılması bəlli müddət ərzində sınaqlar keçirtdikdən sonra baş tutur.
N.Allahyarova 2016-cı ildə əsas məqsədin “BakuBus” MMC-nin Bakının mərkəzini əhatə edən 14 marşrut xətti üzrə xidmət etmək olduğunu bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR